Xəlil Rza Ulutürk

In Glogpedia

by 99Fidan
Last updated 7 years ago

Discipline:
Language Arts
Subject:
Writers Biographies
Grade:
9

Toggle fullscreen Print glog
Xəlil Rza Ulutürk

Xəlil Rza

1932-1994

Həyatı

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Azərbaycanda Salyan rayonunun balaxani kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər.İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü idi. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı. Onun ilk mətbu şeiri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdur.1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi müxtələşməsinə ciddi təsir göstərdi.1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur.

Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.Məhəbbət dastanı. Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh.Mənim günəşim. Bakı: Azərnəşr, 1963, 52 səh.Qollarını geniş aç. Bakı: Azərnəşr, 1965, 115 səh.Krasnodon qartalları. Bakı: Gənclik, 1967, 128 səh.Yeni zirvələrə. Bakı: Azərnəşr, 1971, 180 səh.Ucalıq. Bakı: Gənclik, 1973, 168 səh.Doğmalıq. Bakı: Azərnəşr, 1977, 184 səh.Məqsud Şeyxzadə. Bakı: Bilik cəmiyyəti, 1978, 67 səh.Taparam səni. Bakı: Yazıçı, 1980, 268 səh.Məqsud Şeyxzadənin bədii yaradıcılığı. Bakı: Elm, 1981, 233 səh.Marallar da duz yeyərmiş. Bakı: Gənclik, 1981, 155 səh.Ömürdən uzun gecələr. Bakı: Gənclik, 1982, 152 səh.Hara gedir bu dünya. Bakı: Yazıçı, 1983, 280 səh.Daşdan çıxan bulaq. Bakı: Gənclik, 1986, 190 səh.Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.Türkün dünyası. Bakı: "Qorqud" nəşriyyatı, 1994, 351 səh.Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.Bağışla, ey vətən. Bakı: "Qorqud" nəşriyyatı, 1996, 146 səh.Uzun sürən gənclik. Bakı: Kitab cəmiyyəti, 1997, 127 səh.Ömür kitabını yazan şairə. Bakı: "Mütərcim" nəşriyyatı, 1998, 110 səh.Lefortovo zindanında. Bakı: "Azərbaycan" nəşriyyatı, 1998, 240 səh.

Əsərləri


Comments

    There are no comments for this Glog.