Rustam Behrudi

by 99Fidan
Last updated 6 years ago

Make a copy Make a copy function allows users to modify and save other users' Glogs.

Discipline:
Language Arts
Subject:
Writers Biographies
Grade:
6,7,8,9,10,12

Toggle fullscreen Print glog
Rustam Behrudi

Türkçülük ideyasını öz şeirlərində tərənnüm edən şairlərdəndir. Şeirlərinin əsas qayəsini millət, vətənpərvərlik, insan sevgisi kimi mövzular təşkil edir. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilmişdir.Bu ad Türk dünyasında təkcə “Şaman duaları”, “Boz qurd”, “Salam, dar ağacı” kimi məşhur qara cildli kitabların üstündəki imza-ad deyil. O həm də 2 min illik bir tarixi, düşüncəni, mifik dünyagörüşü özündə ehtiva eləyən böyük fikir və düşüncə adamıdır.Heç təsadüfi deyil ki, hələ 80-ci illərin əvvəllərində böyük türkçü alim, mifoloq Mirəli Seyidov yazırdı: “Türk mifik düşüncə tərzi, Turan ideyası və Türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı”.Türk oxucusu hələ 80-ci illərin sonlarında onu, böyük türk alimi Ə.B.Ərculasının təqdimatında və ön sözü ilə “Şaman duaları” kitabı ilə tanıdı.Sonradan Ankara, Istanbul və Izmirdə çap olunan “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Yer üzü görüş yeridi” və s. kitabları, “Salam, dar ağacı”, “Boz qurd” şeirləri türk oxucusunun yaddaşında onun adını altun həriflərlə yazdı.

Rüstəm Behrudi

"Uzaqların adamı"

"Təslim olmaq"

"Azadlıq"

Salam, dar ağacı

Yolumu gözlədin hər səhər-axşam, Salam, Dar ağacı!Əleyküm-salam.Əcəllə ölməyə doğulmamışam,Salam, Dar ağacı!Əleyküm-salam.O hansı millətdir, taleyi sirdir?Yüz adla bölündü, yenə də birdir!Məni hüzuruna bu dərd gətirdi,Salam, Dar ağacı!Əleyküm-salam.Xəzəri, Baykalı, Aralı gördüm,Gördüm can üstədir, yaralı gördüm.Tanrını bəndədən aralı gördüm,Salam, Dar ağacı!Əleyküm salam.Çarxı tərs fırlanır fələk qarının,Turan kölgəsində budaqlarının.Rəngi bayrağımda yarpaqlarının,Salam, Dar ağacı!Əleyküm salam.Əvvəlin axırı, sonun əvvəliBuymuş, bilməmişəm bunu mən dəli.Qorxum yox! Nə olsun boyun göy dəlir?!Salam, Dar ağacı!Əleyküm-salam.Danış, Əmir Teymur, bu son nəydi bə?Boynumda ağ kəfən, dilimdə tövbə...Dərsini tərs bilən, mənimdi tövbə!Salam, Dar ağacı!Əleyküm-salam!Səni mən əkmişəm...Mənə sən qənim,Səni suvarmağa halaldı qanım;Yarpağın rəng alsın qanımdan mənim,Salam, Dar ağacı!Əleyküm-salam!Ey darın ağacı! Kimdən kəməm, kəm?!Ya səni yendirrəm, ya sənə yennəm.Ya da budağında yarpağa dönnəm,Salam, Dar ağacı!Əleyküm-salam.Qırğızam, özbəyəm, qazax, türkmənəm,Başqırdam, kərkürəm, elə görk mənəm.Sənin gözlədiyin qərib türk mənəm!Salam, Dar ağacı!Əleyküm-salam.Qəbul et, növbəti qurbanın mənəm,Mənim canım səndə, bil, canın mənəm.Elə qürrələnmə, hər yanın mənəm,Salam, Dar ağacı!Əleyküm-salam.

"Ey mənə kafir söyləyən"


Comments

    There are no comments for this Glog.