Elçin Əfəndiyev

In Glogpedia

by 99Fidan
Last updated 6 years ago

Discipline:
Language Arts
Subject:
Writers Biographies
Grade:
9

Toggle fullscreen Print glog
Elçin Əfəndiyev

Birinci cildHakim oxucudurMənlə mən arasında (Hekayə)Sarı pencək (Hekayə)Qatar. Pikasso. Latur. 1968. (Hekayə)Beş kəpiklik motosikl(Hekayə)Epitafiya(Hekayə)Zireh(Hekayə)Qırmızı ayı balası(Hekayə)On ildən sonra(Hekayə)İki çal papağın və bir qara kepkanın nağılı (Hekayə)Gümüşü, narıncı, məxməri... (Hekayə)Baladadaşın ilk məhəbbəti (Hekayə)Günlərin bir günündə(Hekayə)Qış nağılı(Hekayə)Bu dünyada qatarlar gedər(Hekayə)Talvar(Hekayə)Şuşaya duman gəlib(Hekayə)Bülbülün nağılı(Hekayə)Baladadaşın toy hamamı(Hekayə)Ayaqqabı(Hekayə)Hotel Bristol(Hekayə)Hönkürtü(Hekayə)Bozluq içində iki nəfər(Hekayə)Parisdə avtomobil qəzası(Hekayə)Beş dəqiqə və əbədiyyət(Hekayə)Gül dedi bülbülə(Hekayə)Ömrün son səhəri(Hekayə)Stalinin ölümü(Hekayə)Dünyanın bəxtəvəri(Hekayə)Aydınlıq gecələr(Hekayə)Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı(Hekayə)Qızıl diş(Hekayə)«Sarı gəlin»(Hekayə)Araba(Hekayə)«Qarabağ şikəstəsi»(Hekayə)Araba(Hekayə)Uşaq hekayələri(Səlimin hekayələri)Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağıllarıSözlər, yanıltmaclar, tapmacalarAdda-buddaİkinci cildBirinci görüşün tarixcəsi (Povest)Toyuğun diri qalması (Povest)Dolça (Povest)Bayraqdar (Povest)Hökmdarın taleyi (Kinopovest)Aman ovçu, vurma məni …(Kinopovest)Ox kimi bıçaq (Kinopovest)Üçüncü cildQızıl (Kiçik pyes)Ordenli yazıçı ilə görüş(Kiçik pyes)Mehmanxana nömrəsində görüş(Kiçik pyes)Hövsan soğanı(Kiçik pyes)Xüsusi sifariş(Kiçik pyes)Teatr(Kiçik pyes)«O da aşiq olub yaza dünyada...»(Kiçik pyes)Qisas(Kiçik pyes)Su(Kiçik pyes)Poçt şöbəsində xəyal(Pyes)Ah, Paris, Paris!(Pyes)Mən sənin dayınam.(Pyes)Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim(Pyes)Mənim ərim dəlidir(Pyes)Mahmud və Məryəm(Pyes)Ağ Dəvə(Pyes)Beşinci cildÖlüm hökmü(Roman)İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti(Roman)

Elçin

Elçin Əfəndiyev 13 may 1943-çü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım..." İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.Azərbaycan SSR Ali Sovetinin deputatı olub.Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.Yazıçı İlyas Əfəndiyevin oğludur.Filoloq Timuçin Əfəndiyevin qardaşıdır.

Həyatı

Əsərləri

Filmoqrafiya

Əllər və rənglər (film, 1974)Ömrün səhifələri (film, 1974)Alıcının sərgüzəşti (film, 1976)Arxadan vurulan zərbə (film, 1977)Dantenin yubileyi (film, 1978)Gözlə məni (film, 1980)Şəlalə (film, 1981)Gümüşü furqon (film, 1982)Bağ mövsümü (film, 1985)Humayın yuxusu (film, 1985)Sahilsiz gecə (film, 1989)Tikdim ki, izim qala. III film (film, 1998)Bahar oğlu (film, 2004)Milli bomba (film, 2004)Müstəqillik yollarında. İkinci film (film, 2004)Bizim qəribə taleyimiz (film, 2005)Mənə inanın! (film, 2007)Mətbuat fədaisi (film, 2007)Hökmdarın taleyi (film, 2008)Üç zirvənin fatehi (film, 2008)Silinməyən izlər... Tofiq Tağızadə (film, 2011)Mahmud və Məryəm


Comments

    There are no comments for this Glog.