Cafar Cabbarli

In Glogpedia

by 99Fidan
Last updated 7 years ago

Discipline:
Arts & Music
Subject:
Artist Biographies
Grade:
9

Toggle fullscreen Print glog
Cafar Cabbarli

Cəfər Cabbarlı

Cabbarlı Cəfər Qafar oğlu — Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi . 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur.Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır.

Şahbikə xanım heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlmani və rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cəfər sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə verir.Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin bu sənət onu maraqlandırmadığına görə ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçıların, realistlərin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı.1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.

Həyatı

ƏsərləriVəfalı Səriyyə(1915)Solğun çiçəklər (1917)Oqtay Eloğlu (1922)Od gəlini (1928)Gülzar (1924)Dilarə (1924)Dilbər (1927)Sevil (1928)Almaz (1931)Yaşar (1932)Dönüş (1932)

Tellər oynadıBir mən idim, bir sən idin, bir də yamaclar,Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.Onda ki, ağ umuzlara töküldü saçlar,Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,Ürəyimdə kaman kimi tellər oynadı.Bir biz idik, bir düz idi, bir də al boya,Dağ başında uçan quşlar endilər çaya.Sən dedin ki: "Bütün dünya qoy dönsün toya!"Çaldı qaval, uzaq kənddə ellər oynadı,Ürəyimdə kaman kimi tellər oynadı.

QızımaFikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!Oxuyub elmi, evin eyləmə viranə, qızım!Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım!Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə;Qələmi xarici məzhəb kimi alma əlinə.Vurma ləkə daha, allahı sevərsən, elinə.Elm bir şeymi, verə mənfəət insanə, qızım?Nə rəvadır salasan möhnətə qəmsiz başını,Edəsən xalqın arasında xəcil qardaşını;Get bişir evdə, bala, düşbərəni, bozbaşını,Verginən meylini xingalə, fisincanə, qızım!

BaharNоvbahar оldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, оt göyərir səhradə.Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,Gül budağına qоnub nəğmə оxur azadə.Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan,Sərbəsər xələti-ətləslə bəzənmiş gülşən,Bu nə qüdrət ki, оna оlmamaq оlmaz heyran!Xaliqin qüdrəti-bihəddinə əhsən, əhsən!Ah, yellər nə həzin, fikr elə, san ney çalınır,Hanı bəs qışdakı evlər uçuran qüdrətiniz?Indi gör əsməyinizdən nə gözəl zövq alınır!Unudulmuş о sudan qar yaradan hiddətiniz.Bağa bax, bоstana bax, bağçaya bax, gülləri gör,Gülü gör, bülbülü gör, zövq apar dünyadən.Xaliqin qüdrətini bil, bu yaranmışları gör,Yatma, dur bax, götür əl qəfləti-bipərvadən!

Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(arxiv kadrlar)Ağasadıq Gəraybəyli (film, 1974)Almaz (film, 1936)(tammetrajlı bədii film)-əsərin müəllifi; ssenari müəllifiAzadlığa gedən yollar (film, 1990)Bakı bağları. Buzovna (film, 2007)Balıqçılar (film, 1927)Cavid ömrü (film, 2007)Cəfər Cabbarlı (film, 1944)Cəfər Cabbarlı (film, 1969)Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)Cəfər Cabbarlının dəfni (film, 1935)Hacı Qara (film, 1929)Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)Qayıdış (film, 1992)Qəmbər Hüseynli (film, 2007)Onlar belə sevirdilər (veriliş, 2007)Səhər (veriliş, 1995)Sevil (film, 1929)Sevil (film, 1970)Solmaz bir bahar kimi (film, 1979)Yarasa (film, 1995)

Filmoqrafiya

Cəfər Cabbarlıya həsr olunmuş Azərbaycan markası (1999)


Comments

    There are no comments for this Glog.