Cabir Novruz

In Glogpedia

by 99Fidan
Last updated 8 years ago

Discipline:
Language Arts
Subject:
Writers Biographies
Grade:
9

Toggle fullscreen Print glog
Cabir Novruz

1933-2002

Cabir Novruz

Həyatı

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

Yaradıcılığı

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi", xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir

Şeirlərinə yazılmış mahnılar

Şövkət Ələkbərova - Məhəbbət - musiqi: Oqtay KazımiYalçın Rzazadə - Bakının qızları - musiqi: Oqtay KazımiYalçın Rzazadə - Mənim duyğularım - musiqi: Oqtay KazımiZeynəb Xanlarova - Cavanlığım - musiqi: Oqtay KazımiZeynəb Xanlarova - Bulaq suyu, dağ havası - musiqi: Oqtay KazımiYalçın Rzazadə - Dünya düzələn deyil - musiqi: İqbal AğayevYalçın Rzazadə - Böyüməyə tələsmə - musiqi: İqbal AğayevManana Caparidze - Bu nə cür məhəbbətdir - musiqi: Eldar MansurovAygün Kazımova - Səsim səsinə öyrəşib - musiqi: Eldar MansurovMübariz Tağıyev - Ömür keçir - musiqi: Eldar MansurovRuhəngiz Abdullayeva - Məhəbbət ölməyəcək - musiqi: Eldar MansurovAğadadaş Ağayev - Gəlin gələndə - musiqi: Oqtay KazımiMübariz Tağıyev - Sən oldun - musiqi: Eldar MansurovBrilliant Dadaşova - Gecikmiş məhəbbət - musiqi: Eldar Mansurovİlqar Muradov - Sən oldun - musiqi: Eldar MansurovHeydər Anatollu - Tənhalıq - musiqi: Eldar MansurovAbbas Əhməd - Təki sənin səsin gəlsin - musiqi: Eldar MansurovSəbinə Cabbarzadə - Məhəbbət - musiqi: Eldar Mansurov


Comments

    There are no comments for this Glog.